• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Braziliyada qaya uçdu: 10 turist öldü

DÜNYA

10 Yanvar 2022 | 00:16 | Müəllif: Qalib İbrahimoğlu

Braziliyada qaya uçdu: 10 turist öldü

Braziliyada qayanın uçması nəticəsində turistləri daşıyan qayıqlarda ölənlərin sayı 10-a çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, APA “CNN Brasil”ə istinadən xəbər verir ki, xilasedicilər bu gün daha üç nəfərin cəsədini tapıblar.

Qeyd edək ki, şənbə günü günorta saatlarında Braziliyanın Minas-Jerais əyalətinin Kapitoliu şəhəri yaxınlığındakı qayanın bir hissəsi dörd turist gəmisinin üzərinə aşıb.

İki batmış qayıqlarda azı 34 turist olub. Xilasedicilərin sözlərinə görə, 10 qurbanın hamısı eyni qayıqda olub.

23 nəfər yüngül bədən xəsarətləri alıb. Onlardan 8-i müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xilasetmə xidmətinin sözçüsü Pedro Aixaranın sözlərinə görə, uçquna bölgədə güclü yağışlar səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR