• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Neftin qiyməti 119 dolları ötdü - YENİLƏNİB

İQTİSADİYYAT

03 Mart 2022 | 11:51 | Müəllif: Qalib İbrahimoğlu

Neftin qiyməti 119 dolları ötdü - YENİLƏNİB

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2013-cü ilin fevralın 13-dən ilk dəfə olaraq 119 dolları keçib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:52-də "Brent"in qiyməti 6,07% artaraq 119,78 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 5,28% artaraq 116,44 dollara çatıb.

*** 09:35

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 117 dolları keçib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:22-də "Brent"in qiyməti 3,67% artaraq 117,08 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,32% artaraq 114,27 dollara çatıb.

*** 08:58

"Brent" markalı neftin qiyməti 2013-cü ilin sentyabrından bəri ilk dəfə olaraq bir barel üçün 116 dollara çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu Londonun ICE birjasının göstəricilərində əks olunub.

Məlumata görə, Bakı vaxtı ilə saat 06:49 üçün bu markalı xam neftin 2022-ci ilin may ayında tədarük üçün fyuçers müqaviləsinin qiyməti 1,82% artaraq 116,74 dollar/barel təşkil edib.

Saat 06:54 üçün (Bakı vaxtı) "Brent" markalı neftin qiyməti 3,30% artaraq 116,66 dollar/barelə bərabər olub.

Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 2,44% artaraq bir barel üçün 113,30 dollar təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR