• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Britaniya iranlı rəsmilərə sanksiya tətbiq etdi

DÜNYA

21 Oktyabr 2022 | 11:23

Britaniya iranlı rəsmilərə sanksiya tətbiq etdi

Böyük Britaniya Avropa İttifaqının qərarından sonra İranın pilotsuz uçuş aparatları istehsal edən Şahed Aviation Industries şirkətinə, eləcə də İranın bir sıra yüksək səviyyəli müdafiə rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısında deyilir. 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, nazirliyin Təchizat, Tədqiqat və Sənaye Xidmətinin rəisi general-mayor Məhəmməd Baqiriyə qarşı Böyük Britaniyaya giriş qadağası və aşkar edilərsə, aktivlərin dondurulmasını əhatə edən məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Müdafiə naziri, briqada generalı Seyid Höcətullah Qureşi, o cümlədən İran Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının əməliyyatlarına cavabdeh olan elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığının rəhbəri briqada generalı Səid Ağacani ilə bağlı da sanksiyalar tətbiq edilib. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026