• Bakı 17° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

DÜNYA

17 Dekabr 2024 | 16:02 | Müəllif: Gülşən Şərif

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək, siyahıya 20 gəmi və 2 şirkət əlavə edib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, sənədin yenilənmiş variantı Britaniya hökumətinin saytında dərc olunub.

Sanksiya siyahısına Dubay şirkətləri olan "2Rivers DMCC" və enerji ticarəti üzrə ixtisaslaşan "2Rivers PTE" şirkətləri daxil olunub. Həmçinin müxtəlif ölkələrdə qeydiyyatdan keçmiş 20 neft tankerinə də məhdudiyyətlər qoyulub.

Britaniya hakimiyyəti bu şirkətlərin sanksiya siyahısına daxil edilməsinə səbəb kimi Rusiyanın enerji sektorunun dəstəyi ilə fayda əldə etməsi göstərilib.

Sənəddə qeyd edilib ki, sanksiya tətbiq edilən gəmilər Rusiyadan üçüncü ölkələrə neft və ya neft məhsullarının daşınması üçün istifadə olunur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026