• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Britaniya Ukraynaya əlavə hərbi yardım göndərəcək

DÜNYA

01 Aprel 2022 | 00:14 | Müəllif: Subhan Mahmudov

Britaniya Ukraynaya əlavə hərbi yardım göndərəcək

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Britaniya və onun müttəfiqləri özünümüdafiə üçün Ukraynaya daha çox hərbi yardım göndərməyə razılaşıblar.

Bakıvaxtı.az  xəbər verir ki, Uolles bu açıqlama ilə Ukrayna üçün ikinci Beynəlxalq Donor Konfransından sonra jurnalistlər qarşısında çıxış edib. Müdafiə naziri bildirib ki, müttəfiq ölkələr Ukraynaya daha çox yardım göndərmək barəsində razılığa gəliblər.

Yardıma hava və sahil müdafiə sistemləri, uzaqmənzilli mənzilli artilleriya, zirehli maşınlar, eləcə də daha geniş təlim və maddi-texniki dəstək vasitələri daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026