• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniyanın xarici işlər naziri husiləri hədələdi

DÜNYA

04 Yanvar 2024 | 19:00

Britaniyanın xarici işlər naziri husiləri hədələdi

“Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliyə qarşı daha çox hücumları onlar üçün nəticələrə səbəb olacaq”. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bəyan edib.

Onun sözlərinə görə, gəmilərə hücumların davam edəcəyi təqdirdə dünya iqtisadiyyatı zərər görəcək ki, bu da tamamilə qeyri-qanuni və qəbuledilməzdir: “Bu hücumlar dayandırılmalıdır, əks halda tədbir görüləcək”.

Lakin nazir konkret hansı tədbirlərin görülə biləcəyi ilə bağlı aydınlaşdırıcı suala cavab verməkdən yayınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026