• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Brüssel görüşü: Ümidverici və irəliyə doğru addım

SİYASƏT

07 Aprel 2022 | 12:40 | Müəllif: Qalib İbrahimoğlu

Brüssel görüşü: Ümidverici və irəliyə doğru addım

“Azərbaycanın dövlət başçısı Brüssel görüşündə Avropa İttifaqının postmünaqişə dövründə oynaya biləcəyi roldan və bölgəmizə verə biləcəyi töhfələri qeyd edib. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması yolunda davam edən səylərini də qiymətləndirib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, Prezident keçən ilin dekabrında keçirilmiş üçtərəfli görüş zamanı müəyyən edilmiş Brüssel sülh gündəliyinin bölgənin gələcək taleyindəki əhəmiyyətini də vurğulayıb: “Bu mənada Prezident Brüssel sülh gündəliyinin davamı kimi dünən Ermənistan tərəfinin iştirakının bu görüşün nəticəyönlü olacağına gözləntilərin artacağını qeyd edib. Sözsüz ki, bu görüşdə də ölkəmizin Avropa İttifaqı, eləcə də Avropa məkanı üçün əhəmiyyəti, xüsusən də enerji təhlükəsizliyində, Azərbaycanın bölgədəki əvəzsiz rolu vurğulanıb. Bu səbəbdən də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini bildirilib”.

Deputat qeyd edib ki, bu görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin öz tvitter səhifəsində paylaşdığı status və görüşün əhəmiyyəti haqqında Bəyanatda da bildirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan üçün çox vacib məsələlər bu görüşdə Şarl Mişel tərəfindən xüsusi vurğulanıb: “Onun qeyd etdiyi kimi, Azərbaycan Ermənistan arasında postmünaqişə dövründə etimad mühitinin yaradılması prosesində minalanmış ərazilərin xəritələrinin, birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min nəfər haqqında məlumatların verilməsinin, tezliklə sərhədlərin delimitasiya və demorkasiyasının müəyyənləşdirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin fəaliyyəti çox vacibdir. Qeyd edilən məsələlər davamlı olaraq müharibə bitən gündən dövlət başçımız, eləcə Azərbaycanın XİN rəhbərliyi tərəfindən də səsləndirilir. Hər kəs bilir ki, ötən dövr ərzində təcavüzkar Ermənistan və orada hakimiyyətdə olan revanşist qüvvələr bu təkliflərin gerçəkləşməməsi üçün davamlı olaraq müxtəlif təxribat etməyə çalışırlar. Buna baxmayaraq, İlham Əliyevin titanik fəaliyyəti, müdrik, uzaqgörən və güclü diplomatiyası sayəsində Avropa İttifaqı Şurasının Prezidenti görüşün nəticəsi olaraq bu təklifləri bir daha vurğulayıb və iki ölkə arasında gələcəkdə imzalanacaq Sülh müqaviləsi üçün bu təkliflərin gerçəkləşməsinin əhəmiyyətini qeyd edib. Hesab edirəm ki, bu görüşü ümidverici və irəliyə doğru addım adlandırmaq olar”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR