• Bakı C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0184

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

CƏMİYYƏT

09 Dekabr 2023 | 11:23

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəb 121 nömrəli məktəbin korpusu kimi fəaliyyətə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Binə qəsəbəsində mövcud ehtiyaclar nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 292 nömrəli tam orta məktəb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Şagird sıxlığı nəzərə alınaraq 292 nömrəli tam orta məktəb ilk mərhələdə 121 nömrəli tam orta məktəbin korpusu kimi fəaliyyətə başlayıb və şagird kontingentinin bir hissəsi orada tədrisə cəlb olunub. Məktəbin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq səlahiyyətlər 121 nömrəli tam orta məktəbin direktor müavinlərindən birinə tapşırılıb.

Hazırda məktəbin balansa verilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq sənədləşmə işləri aparılır.

Məktəbin fəaliyyəti BŞTİ tərəfindən nəzarətə götürülüb  və şagirdlər üçün daha əlverişli mühitin təmin olunması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.


SON XƏBƏRLƏR

27 Fevral 2024