• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xankəndidə və Xocalıda xeyli silah-sursat aşkarlandı

CƏMİYYƏT

08 Yanvar 2024 | 10:17

Xankəndidə və Xocalıda xeyli silah-sursat aşkarlandı

Xankəndidə və Xocalıda xeyli silah-sursat aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in məlumatında bildiriluib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 ədəd pulemyot, 33 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 7 ədəd tüfəng, 22 ədəd qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10.665 ədəd müxtəlif çaplı patron, 2 ədəd optik nişangah, 5 ədəd penal dəsti, 1 ədəd “Kalaşnikov” pulemyotuna aid sursat , 186 ədəd patron darağı, 1 ədəd süngü-bıçaq, 27 ədəd daraq üçün çanta, 3 ədəd binokl və 4 ədəd rabitə qurğusu, Xocalı rayonu ərazisindən isə 3270 ədəd müxtəlif çaplı patron, 1 ədəd tank əleyhinə mina, 4 ədəd əl qumbarası, 12 ədəd “RPQ-7” mərmisi və 8 ədəd avtomat darağı aşkar olunaraq götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026