• Bakı 10° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bu avtomobillər yeni qaydada kreditləşdiriləcək

CƏMİYYƏT

23 Sentyabr 2022 | 15:40

Bu avtomobillər yeni qaydada kreditləşdiriləcək

Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev bildirib.

Xatırladaq ki, Qaydaya əsasən, Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq.

Həmçinin, hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR