“Tesla” korporasiyası öz saytından markanın bütün elektrik avtomobillərinin avtopilot funksiyasına malik olması ilə bağlı bəyanatı silib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, 2019-cu ilə qədər dərc edilmiş bütün yazılar “Tesla” bloqundan yoxa çıxıb.
Qeyd edilib ki, İlon Maskın korporasiyası səkkiz il əvvəl bu bəyanatı verməyə tələsərək açıq şəkildə öz istehlakçılarını aldadıb və indi bu bəyanatdan imtina edib.
Bildirilib ki, şirkət öz elektrik avtomobillərini özü idarə olunan avtomobillər kimi reklam etməyə davam edir.
Bununla belə, istifadəçi müqaviləsində qeyd olunur ki, elektriklə işləyən avtomobillər özbaşına hərəkət edə bilməz - Tam Self-Driving (FSD) funksiyasından istifadə edərkən istifadəçi əllərini sükanda saxlamalı və istənilən vaxt avtomobili idarə etməyə hazır olmalıdır.
Mina Mikayılova




jpg-1727337394.webp)











