• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bu, digər potensial investorlar üçün də bir siqnaldır" - Prezident

SİYASƏT

13 Yanvar 2022 | 13:41 | Müəllif: Qalib İbrahimoğlu

"Bu, digər potensial investorlar üçün də bir siqnaldır" - Prezident

"Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib.

Dövlər başçısı bildirb ki, digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar: "Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var".

Azərbaycan Prezidenti vurğuıayıb ki. yəni, bunlar əsas amillərdir: "Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR