• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu gün koronavirusdan 217 nəfər öldü - Türkiyədə

DÜNYA

07 Oktyabr 2021 | 22:08

Bu gün koronavirusdan 217 nəfər öldü - Türkiyədə

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər ölüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 152 nəfər test edilib, onların 30 019-nun koronavirus testi pozitiv nəticə verib, 32 240 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 111 674 310 peyvənd tətbiq edilib ki, bunun 87,54 faizi birinci mərhələ vaksinasiya olunanlardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026