• Bakı 10° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bu gün Suqovuşana 20 ailə köçürüləcək

CƏMİYYƏT

19 Mart 2025 | 11:07

Bu gün Suqovuşana 20 ailə köçürüləcək

Suqovuşan kəndində 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir.

Bakıvaxtı.az xəbər verir ki, bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Qeyd olunub ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb.

Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub.

Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.


SON XƏBƏRLƏR