• Bakı 14° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Bu marketlərdə vaxtı keçmiş məhsullar satılırmış - FOTOLAR

CƏMİYYƏT

25 Noyabr 2025 | 12:56

Bu marketlərdə vaxtı keçmiş məhsullar satılırmış - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Masallı rayonunun Bədəlan kəndində fəaliyyət göstərən Məmmədzadə Ənvar Vüqar oğluna məxsus marketdə və Mahmudavar kəndində fəaliyyət göstərən fiziki şəxs Əliyev Afər Ağamməd oğluna məxsus “Meyvəli” marketdə normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, marketlərdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkarlar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.


SON XƏBƏRLƏR

24 Noyabr 2025