• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ƏDV faizlərini geri alanların diqqətinə: Gələn ildən...

İQTİSADİYYAT

02 Noyabr 2021 | 10:49

ƏDV faizlərini geri alanların diqqətinə: Gələn ildən...

Gələn ildən bəzi məhsullara görə ödənilmiş ƏDV-nin geri qayıtmasını gözləməyin.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış bəzi mallara görə ödənilmiş ƏDV geri qayıtmayacaq. Bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu vergi mütəxəssisi Vəli Əliyev Vergi Məcəlləsinə təklif etdiyi dəyişiklikləri şərh edərkən deyib.

Ekspert qeyd eidb ki, “ƏDV geri al” layihəsi üzrə əksər vətəndaşların marağında olan məsələdir: “2022-ci ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq. Lakin alınan tibbi xidmətə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq”.

Təklif edilən dəyişiklik:

165.5-cü maddəyə “məhsulları” sözündən sonra “, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları,” sözləri, “görə” sözündən əvvəl “habelə tibbi xidmətlərin göstərilməsinə” sözləri əlavə edilsin;

Dəyişiklikdən sonra 165.5-ci maddə aşağıdakı şəkildə olacaq:

165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026