• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu milli Bakıdakı DÇ-dən imtina edə bilər

İDMAN

19 May 2023 | 10:30

Bu milli Bakıdakı DÇ-dən imtina edə bilər

Taekvondo üzrə Hindistan millisi Bakıda keçiriləcək dünya çempionatından imtina edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Hindistanda iki fərqli qurumun taekvondo federasiyasına rəhbərlik etmək istəyi vəziyyəti çıxılmaz hala salıb.

Bakıdakı dünya çempionatı ilə eyni vaxtda Asiya Oyunlarının seçim sınaqları olacaq.

Hindistanın Taekvondo Federasiyası yerli Gənclər və İdman Nazirliyi, eyni zamanda Hindistanın İdman İdarəsi tərəfindən seçimlərə qatılmaq icazəsi alıb. Federasiya indi Asiya Oyunları ilə dünya çempionatı arasında seçim etməli olacaq. Digər ehtimal əsas heyətin bir yarışa, ehtiyat qüvvənin isə digər turnirə yollanmasıdır.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026