• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu nazirliyin səlahiyyətləri artırıldı

CƏMİYYƏT

10 Iyul 2023 | 19:42 | Müəllif: Subhan Mahmudov

Bu nazirliyin səlahiyyətləri artırıldı

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli, “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli və “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə” 2022-ci il 29 yanvar tarixli 38 nömrəli qərarlarında dəyişiklik edilib.

Dəyişikliklə “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarının 2-ci hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilib.

Həmçinin, “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarının 2-ci hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilib.

Bundan başqa, “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 yanvar tarixli 38 nömrəli Qərarının 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026