• Bakı 17° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Bu ölkə UNESCO-nu TƏRK ETDİ

DÜNYA

04 May 2025 | 23:32

Bu ölkə UNESCO-nu TƏRK ETDİ

Nikaraqua hökuməti ölkənin müxalifət qəzeti "La Prensa"nın mətbuat azadlığına görə UNESCO tərəfindən “Gilyermo Kano” mükafatına layiq görülməsindən sonra bu təşkilatdan çıxmaq qərarını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, 2021-ci ildə "La Prensa"nın rəhbərliyi qismən həbs edilib və ya ölkədən qovulub. Son 4 ildir ki, qəzet yalnız onlayn formatda fəaliyyət göstərir və redaksiya heyəti Kosta-Rika, İspaniya, Meksika, Almaniya və ABŞ-da yerləşir.


SON XƏBƏRLƏR

04 May 2025