• Bakı 17° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Putin soyuducusunun içini göstərdi - VİDEO

DÜNYA

04 May 2025 | 23:22

Putin soyuducusunun içini göstərdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə Kremldəki soyuducusunda nə saxladığını göstərib.

Bakıvaxtı.az xəbər verir ki, jurnalist "Rossiya-1" kanalında yayımlanan "Rusiya. Kreml. Putin. 25 il" filminin fraqmentini paylaşıb.

Putin Kremldəki mənzilini göstərərək çəkiliş qrupuna yemək təklif edib. Soyuducuda qatıq və ryajenka (süd məhsulu - red.) tapılıb. Dövlət başçısı bunların Rusiya məhsulu olduğunu təsdiqləyib.

Prezidentin mətbəxində Belarus istehsalı bir qutu şokolad da olub.


SON XƏBƏRLƏR

04 May 2025