Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.
***18:54
Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır./apa