• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu ölkədə sosial məsafə tələbi ləğv edildi

DÜNYA

02 Aprel 2022 | 18:12 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə sosial məsafə tələbi ləğv edildi

Argentinada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən iki metrlik sosial məsafəni qorumaq tələbi ləğv edilib.

Bakıvaxtı.az report-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin bu barədə qərarı Argentina Respublikasının rəsmi bülletenində dərc olunub.

Eyni zamanda, nazirlik qapalı yerlərdə maskaların taxılmasına davam etməyi tövsiyə edir.

Qurum bu qərarını ölkə sakinlərinin 80%-nin koronavirusa qarşı tam peyvənd olunması və son doqquz həftə ərzində yoluxma hallarının sayında müntəzəm azalma olması ilə izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026