• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bu ölkələrin dövlət borcu 2 dəfə artıb

DÜNYA

12 Mart 2024 | 12:29

Bu ölkələrin dövlət borcu 2 dəfə artıb

İnkişaf etmiş ölkələrin dövlət borcu 15 ildə iki dəfə artıb.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları sübut edib.

Məlumata görə, inkişaf etmiş ölkələrin dövlət borcunun ümumi həcmi son 15 ildə iki dəfədən çox artaraq 54 trilyon dollara çatıb

Ümumi dövlət borcunun yarıdan çoxu ABŞ-ın payına düşür - təxminən 30 trilyon dollar. Ölkənin əsas kreditorları Çin və Yaponiyadır . İnkişaf etmiş ölkələrin ümumi dövlət borcunun təxminən 20%-i Avropa İttifaqının payına düşür .

İƏİT-ə 38 ölkə, o cümlədən Aİ ölkələrinin əksəriyyəti, ABŞ, Kanada, Yaponiya və Türkiyə daxildir. Onlar qlobal ÜDM-in 60%-dən çoxunu təşkil edir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR