• Bakı 23° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bu rayonlarda qaz olmayacaq

CƏMİYYƏT

22 Noyabr 2022 | 13:16

Bu rayonlarda qaz olmayacaq

Sabah bəzi rayonlarda qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Yaşma-Siyəzən” Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan 17:00-dək "Yaşma-Siyəzən" MQK-dən qidalanan "Giləzi" QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcədə Magistral Qaz Kəmərindən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026