Mingəçevir Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub.
Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, mədəniyyət nazirinin əmri ilə bu vəzifəyə Vüsal Mehrəliyev təyin olunub.
Bununla bağlı nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəf Acalova, teatr sektorunun müdiri Könül Əlizadə teatrın kollektivi ilə görüşərək, Vüsal Mehrəliyevi yaradıcı heyətə təqdim ediblər.
F.Acalova Mədəniyyət Nazirliyinin bölgədə yerləşən teatrların hərtərəfli inkişafına diqqət yetirdiyi ilə yanaşı, onların peşəkar kadrlarla təmin olunmasına da böyük önəm verdiyini vurğulayıb.
Baş rejissor təyin edilən Vüsal Mehrəliyev də, öz növbəsində, ona göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edərək, teatra yeni nəfəs vermək üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Aytac Aslan
















