• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bu vərdişlər infarkt riskini ARTIRIR

CƏMİYYƏT

09 May 2026 | 17:43 | Müəllif: Subhan Mahmudov

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, aktiv həyat tərzi, düzgün qidalanma, siqaret və alkoqoldan uzaq durmaq ürək sağlamlığının qorunmasında vacib rol oynayır. O, stress və gərginliyin də infarkt riskini artıran əsas amillərdən biri olduğunu vurğulayıb.

Kardioloq əlavə edib ki, infarktın dəqiq baş verəcəyini öncədən göstərən analiz yoxdur. Yalnız müxtəlif göstəricilər əsasında risk səviyyəsini müəyyən etmək mümkündür./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026