• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Bugünkü ordumuzun təməli ulu öndər tərəfindən qoyulub" - Deputat

CƏMİYYƏT

08 Aprel 2023 | 09:08

"Bugünkü ordumuzun təməli ulu öndər tərəfindən qoyulub" - Deputat

“Vətən müharibəsində 44 günə torpaqlarımızı işğaldan azad edən, dünyanın ən güclü orduları sırasında yer alan bugünkü ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub” . 

Bunu Bakıvaxtı.az-a millət vəkili Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, Sovetlər İttifaqı dövründə ulu öndər Heydər Əliyev Azərbaycanda milli hərbi kadrlar hazırlanması üçün böyük cəsarətli addımlar atıb:

“Ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin, Birləşmiş Komandirlər ali hərbi məktəbin yaradılması, yüzlərlə azərbaycanlı gənclərin SSRİ nin ən nüfuzlu ali hərbi  məktəblərində təhsil almağa göndərilməsi bugünkü güclü Azərbaycan ordusunun yaranmasına böyük təkan olub.

Müstəqil Azərbaycanın Prezidenti kimi də ulu öndər ölkəmizin qüdrətli bir dövlətə  çevrilməsi üçün güclü ordunun olmasının vacibliyini vurğulayırdı. Ulu öndər güclü ordu yaradılması üçün hər bir vətəndaşımızın orduya diqqət və qayğı ilə yanaşmasını şərəf borcu olduğunu qeyd edirdi. Ulu öndər hər zaman hərbi  və zabit peşəsini müqəddəs peşə hesab edirdi. Onlar Vətəni,  dövləti qorumaqla müqəddəs bir amala xidmət edirlər. Ulu öndər hər zaman Azərbaycan ordusunu güclü ordu, Azərbaycan hərbiçilərinin igid, mərd, cəsur olduğunu vurğulayaraq və hər bir vətəndaşa ordumuza güvənməyi tövsiyyə edirdi. Ulu öndər Heydər Əliyev bütün çıxışlarında Azərbaycan dövlətinin və Azərbaycan xalqının sülhsevər olduğunu qeyd edər və ölkəmizin güclü ordu yaratmaqda məqsədi digər ölkələrin torpaqlarını işğal etmək deyil, işğalda olan torpaqlarını azad etməkdir. Güclü ordu yaratmaq həm də Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və əbədi etmək üçün çox önəmlidir”.  

Parlamentari bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan  ordusunun müasir hərbi texnikalarla təmin olunmasına xüsusi diqqət ayırar, eləcə də Azərbaycan əsgərinin, zabitinin vətənpərvər olmasının vacibliyini qeyd edərdi:

“Ulu öndər hər zaman Azərbaycan  ordusuna güvəndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş istənilən təxribata layiqli cavab verməyə hazır olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan gəncinə Azərbaycan ordusunda xidmət etməyi müqəddəs bir borc olmasını tövsiyyə edirdi”. 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026