• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

ŞOU

22 Iyul 2025 | 11:17 | Müəllif: Əli Hüseynov

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, aktyorun seriala vida səbəbi maliyyə anlaşmazlığı olub.

Belə ki, Özçivit serialın hər bölümü üçün 4 milyon lirə (168 271 manat) ödəniş tələb edib, lakin bu tələbə müsbət cavab verilməyib.

Aktyorun həm serialın prodüseri Mehmet Bozdağın, həm də “Kuruluş Osman”ın rəsmi sosial media hesabını izləmədən çıxarması diqqət çəkib.

Qeyd edək ki, o, serialda Sultan Osman Bey obrazına həyat verirdi.


Burak Özçivit “Kuruluş Osman”dan ayrıldıBurak Özçivit “Kuruluş Osman”dan ayrıldıBurak Özçivit “Kuruluş Osman”dan ayrıldıBurak Özçivit “Kuruluş Osman”dan ayrıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026