• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bütün dəlillər İrana aparır - Deputat

SİYASƏT

07 Aprel 2023 | 11:11 | Müəllif: Qalib İbrahimoğlu

Bütün dəlillər İrana aparır - Deputat

“Biz həmkarımız Fazil Mustafaya qarşı törədilmiş məkrli terror aktını qətiyyətlə pisləyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu terror aktında bütün dəlillər İrana aparır. Deputat qeyd edib ki, İranın məqsədi Azərbaycanın iqtisadi inkişafına mane olmaq, onu molla rejiminə çevirməkdir.

"Azərbaycan demokratik-hüquqi dövlət kimi inkişaf edib. Ölkəmizdə din azadlığı ən yüksək səviyyədə qurulub. Azərbaycan bu gün, nəinki regionun, ümumilikdə dünyanın enerji mənbəyinə çevrilib. Azərbaycanın bu uğurlarının qarşısını almağa çalışırlar. Azərbaycan xalqı İranın bu addımlarından hiddətlənir”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026