Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı Azərbaycana təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.
“Cənub regionlarımızda başlayan və ürəyimizi dağlayan yanğınlarda yanımızda olan və dəstək verən başda dost və qardaş Azərbaycan olmaqla, bütün ölkələrə və təşkilatlara təşəkkür edirik. Yanğından zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun”, - deyə səfir bildirib.
















