• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Brexit üzrə baş müzakirəçi Fransa Prezidentliyini hədəfləyir

SİYASƏT

27 Avqust 2021 | 16:35

Brexit üzrə baş müzakirəçi Fransa Prezidentliyini hədəfləyir

Fransanın keçmiş xarici işlər naziri, keçmiş Avropa Komissarı və Aİ-nin Brexit üzrə keçmiş baş müşaviri Mişel Barnye qarşıdan gələn 2022 -ci il yaz seçkilərində ölkə prezidentliyinə namizəd olduğunu təsdiqləyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Barnye TF1 kanalında canlı yayımda  gələn ilin aprel ayında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldiyini deyib: "8 aydan az müddətdən sonra fransızlar yeni prezidentlərini seçəcəklər".

O, bir çox əzab və ədalətsizliyə, parçalanmaya işarə edərək tələbkar və ciddi bir vaxtın gəldiyini bildirb: "Bu çətin vaxtlarda bir qərar verdim. Fransızlara hörmət edəcək və onları Fransaya hörmətlə yanaşacaq barışmış bir Fransanın prezidentliyinə namizəd olaraq özümü irəli sürməkdə qətiyyətliyəm".

Barnye sağ mərkəzçi respublikaçıları təmsil edəcək.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026