Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və fransalı həmkarı Ketrin Kolonna arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mövlud Çavuşoğlu fransalı həmkarını yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
Danışıq zamanı həmçinin, Türkiyə-Fransa ikitərəfli münasibətləri və Ukraynadaki son vəziyyət müzakirə olunub.
















