• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Cəbhədəki son vəziyyətlə bağlı Ukrayna MN-dən MƏLUMAT

DÜNYA

11 Mart 2022 | 09:34

Cəbhədəki son vəziyyətlə bağlı Ukrayna MN-dən MƏLUMAT

“Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərir.

Rəsmi informasiyaya görə, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir: “Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

Məlumata əsasən, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukrayna döyüşmək təklif olunur.

Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarısını alır və cavab verir.

Xatırladaq ki, bu gün, martın 11-i Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 16-cı günüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR