• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verilib

HADİSƏ

06 Avqust 2021 | 10:11

Cəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verilib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 3 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Kral”, “Aytac”, “Ruslan” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

“Kral” və “Aytac” şadlıq saraylarının sahibləri barəsində inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Digər obyektin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.


Cəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verilibCəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026