• Bakı 17° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Cey Di Vens Hindistana GETDİ

DÜNYA

21 Aprel 2025 | 12:46

Cey Di Vens Hindistana GETDİ

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli ticarət, tariflər, müdafiə sahəsində əməkdaşlığı və geosiyasi məsələləri müzakirə etmək üçün Dehliyə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər zamanı Vaşinqtonla Dehli arasında ikitərəfli münasibətlərdəki irəliləyişlər və Narendra Modinin fevralın 13-də ABŞ-a səfəri zamanı qəbul edilən birgə bəyanatın icrası nəzərdən keçiriləcək. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

Həmçinin danışıqlarda ABŞ-ın Hindistana tətbiq etdiyi 26 faizlik tariflərin təsirini yumşaltmaq üçün ikitərəfli ticarət sazişinin müzakirə olunacağı gözlənilir.


SON XƏBƏRLƏR

20 Aprel 2025