• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ceyhun Bayramov Lavrovla Ukraynanı müzakirə etdi - YENİLƏNİB

SİYASƏT

10 Mart 2022 | 22:14 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Lavrovla Ukraynanı müzakirə etdi - YENİLƏNİB

Martın 10-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.

Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

21:24

Türkiyənin Antalya şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Görüş Antalyada martın 11-dən 13-dək keçiriləcək Diplomatik Forum çərçivəsində baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026