• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTOLAR

SİYASƏT

25 Iyul 2023 | 17:00

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.

Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər - deyə paylaşıdma bildirilib.

Xatırladaq ki, 24 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.


Ceyhun Bayramov Lavrovla görüşdü - FOTOLARCeyhun Bayramov Lavrovla görüşdü - FOTOLARCeyhun Bayramov Lavrovla görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR