• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gələn həftə deputatların tətili başa çatır

SİYASƏT

24 Avqust 2023 | 10:05 | Müəllif: Subhan Mahmudov

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.

Bakıvaxtı.az xəbər verir ki, millət vəkillərinin yay tətili avqustun 30-da bitəcək. Sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Xatırladaq ki, deputatlar iyulun 14-də tətilə çıxmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026