• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ceyhun Bayramov: “Azərbaycan sülh və sabitlikdə marağı olan..."

SİYASƏT

22 Sentyabr 2023 | 00:53 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov: “Azərbaycan sülh və sabitlikdə marağı olan..."

Azərbaycan ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin edilməsinə dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

Azərbaycanın müxtəlif etnik, dini və ya linqvistik azlıqları bir millət daxilində birləşdirməsinin qürurlu tarixi olduğunu vurğulayan nazir bildirib:

“Etnik erməni sakinlər bizim sülhsevər birgəyaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir. Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026