• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ceyhun Bayramov Lavrovla “3+3” regional platformasını müzakirə etdi - YENİLƏNİB

SİYASƏT

20 Oktyabr 2023 | 18:32 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Lavrovla “3+3” regional platformasını müzakirə etdi - YENİLƏNİB

Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar.

Regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının işini müzakirə ediblər.

 

 

18:12

Oktyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bakıvaxtı.az Rusiya XİN-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.

"3+3" məsləhət regional platformasının fəaliyyəti ilə bağlı yanaşmalar nəzərdən keçirilib.

Sonrakı təmaslar barədə razılığa gəlinib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026