• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Deputat: "Azərbaycan Fransanın təxribatları ilə üzləşə bilər"

SİYASƏT

20 Oktyabr 2023 | 11:21

Deputat: "Azərbaycan Fransanın təxribatları ilə üzləşə bilər"

“2023-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimalı daha da artıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü iclasında deyib

Onun sözlərinə görə, Ermənistan nə qədər ikibaşlı mövqedə olsa da, göstərdi ki, sülh müqaviləsini imzalamağa hazırdır: "Fransa Azərbaycan-Ermənistan sərhədinə gəlib deyir ki, guya müşahidələrinə əsasən, Azərbaycan Ermənistan ərazisinin bir hissəsini tutub. Bunu oktyabr ayında böyük görüşdən əvvəl etdilər. Fransa bunu etdi ki, sülh müqaviləsindən söhbət getməsin. Bir sözlə, Fransa bulanıq suda balıq tutmaq istəyir".

Deputat qeyd edib ki, Azərbaycan Fransanın təxribatları ilə üzləşə bilər: "Onlar BMT-də elə göstərirlər ki, guya Azərbaycan erməniləri zorla ərazidən çıxarır. Onlar Ermənistanı silahla təmin etmək yolunu seçiblər. Biz zəfəri qazandığımız kimi, sülhü də qazanacağıq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026