• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənipərəst nazirə Bakıda SƏRT CAVAB

SİYASƏT

24 Avqust 2023 | 10:34 | Müəllif: Subhan Mahmudov

Ermənipərəst nazirə Bakıda SƏRT CAVAB

Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.

Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.

Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətə, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026