• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ceyhun Bayramov Lavrovla görüşəcək

SİYASƏT

01 Aprel 2021 | 18:01

Ceyhun Bayramov Lavrovla görüşəcək

Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ara Ayvazyanla ayrı-ayrılıqda görüşlər keçirərək, üç ölkənin liderlərinin Qarabağla bağlı razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Aprelin 1-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri keçiriləcək. Söhbət əsnasında ikitərəfli əməkdaşlıq məsələlərinin, əlbəttə ki, Qarabağdakı vəziyyətin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 9 noyabrı və cari ilin 11 yanvarındakı razılaşmalarının həyata keçirilməsinin gedişatının müzakirəsi planlaşdırılır”, - deyə M.Zaxarova qeyd edib.

Tərəflər həmçinin görüşlər zamanı bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026