• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin Türkiyədə avtomobil istehsal edəcək

İQTİSADİYYAT

30 Yanvar 2024 | 11:43 | Müəllif: Subhan Mahmudov

Çin Türkiyədə avtomobil istehsal edəcək

Çin Türkiyədə avtomobil istehsalına hazırlaşır.

Bakıvaxtı.az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Avtomobil Təchizat İstehsalçıları Dərnəyinin (TAYSAD) İdarə Heyətinin sədri Albert Saydam bildirib.

"Hazırda birdən çox Çin şirkəti ilə danışıqlar aparırıq. Skywell şirkəti ilə fabrik investisiyası üçün danışıqlar gedir, Chery və MG də namizədlər arasındadır", - deyə o əlavə edib.

A.Saydam onu da qeyd edib ki, TAYSAD 2030-cu ilə qədər dünyanın ən yaxşı on avtomobil istehsalçısı arasında olmağı hədəfləyir.

"Hazırda 34 ölkədə 200-dən çox sərmayəmiz var. Toyota plug-in hibrid mühərrikli avtomobilində Türk təchizat sənayesindən istifadə olunur. Toyota Avropa üçün istehsal etdiyi avtomobilin mühərrikini Türkiyədə istehsal edirsə, bu bizim avtomobil təchizatı sənayemizin gücünü göstərir", - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026