• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cinayət törədən 57 nəfər saxlanıldı

CƏMİYYƏT

12 Iyul 2023 | 11:34

Cinayət törədən 57 nəfər saxlanıldı

İyul ayının 11-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən qalan üç cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı yeddi fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026