• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Cinayətdə şübhəli bilinən 39 nəfər tutuldu

HADİSƏ

21 May 2024 | 11:31

Cinayətdə şübhəli bilinən 39 nəfər tutuldu

Mayın 20-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024