• Bakı 22° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Çində avtomobil satışları azalır

DÜNYA

09 Iyun 2026 | 17:24

Çində avtomobil satışları azalır

Çində avtomobil satışları may ayında da azalma tendensiyasını davam etdirib. Daxili bazarda tələbatın zəif olması və Yaxın Şərqdəki müharibənin neft qiymətlərinə təsiri satışlara mənfi təsir göstərib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin may ayında ümumilikdə 1,53 milyon avtomobil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 22,3 faiz azalma deməkdir. Ölkədə avtomobil satışlarının geriləməsi ardıcıl olaraq səkkizinci aya çatdı.

Benzin və dizel mühərrikli avtomobillərlə yanaşı, elektrikli və hibrid modellərin də satışı düşüb. Ümumi bazarın 62,2 faizini təşkil edən elektrikli və hibrid avtomobillərin satışı may ayında 7,5 faiz geriləyib. Daxili bazardakı zəifliyə baxmayaraq, Çinin avtomobil ixracında artım davam edib.

Aydan Məlikməmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR