• Bakı 24° C

    14.52 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Çindən ABŞ-a XƏBƏRDARLIQ

DÜNYA

30 Mart 2023 | 12:22

Çindən ABŞ-a XƏBƏRDARLIQ

Çin Müdafiə Nazirliyi ABŞ-ı Çinə qarşı təxribata son qoymağa çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei açıqlama verib.

Çin Müdafiə Nazirliyi həmçinin mümkün insidentlərə görə, məsuliyyət barədə Vaşinqtona xəbərdarlıq edib: “ABŞ hərbçiləri Cənubi Çin dənizində ölkəmizə qarşı təxribata son qoymalıdırlar, əks halda baş verə biləcək bütün insidentlərə görə məsuliyyət daşıyacaqlar” – Kefei ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Cənubi Çin dənizində Çinin nəzarətində olan Parasel adaları yaxınlığından keçməsini şərh edib.

“Çin Xalq Azadlıq Ordusu milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək, Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qoruyacaq”, – nazirliyin sözçüsü vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026