• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çinə bunu etməyə imkan verməyəcəyik - Rubio

DÜNYA

04 Aprel 2025 | 19:41 | Müəllif: Subhan Mahmudov

Çinə bunu etməyə imkan verməyəcəyik - Rubio

ABŞ Qrenlandiyanın Çindən asılı olmasının qarşısını almaqda qərarlıdır, Kopenhagen isə adanın müstəqillik əldə etmək istədiyini qəbul etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Qrenlandiya xalqı Danimarkadan müstəqil olmaq istədiyini açıq şəkildə bildirdi. Danimarka Qrenlandiyanın onun bir hissəsi olmaq istəmədiyinə diqqət yetirməlidir. Bu fikri biz onlara vermədik, onlar özləri də çoxdan bu barədə danışırlar. İstədikləri zaman bu qərarı verəcəklər. Lakin Çinin indi adaya daxil olub, qrenlandiyalılara pul təklif edib, onları özlərindən asılı hala salmasına imkan verməyəcəyik”, - o bildirib.

Rubio qeyd edib ki, Vaşinqton Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət edir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026