Koronavirus bütün dünyanı cənginə alıb və sözün əsl mənasında, istədiyi kimi idarə edir. Bəzi vaxtlar yoluxma sayı azalsa da, tam olaraq həyatımızdan çıxmır. Xüsusilə işləyən şəxslər koronavirusa yoluxduqda əmək haqqı baxımından da sıxıntı çəkirlər. Koronavirusa yoluxan şəxsin maaşı necə ödənilməlidir?
Vətəndaşların Əmək Hüquqlarını Müdaifiə Liqasının rəhbəri Sahib Məmmədov Bakıvaxtı.az-a bildirib ki, müvəqqəti əmək qabiliyyətini itirməyə görə əmək müqaviləsi ilə işləyən işçilərə müavinətlər nəzərdə tutulur. Amma bunun üçün gərək işçinin ən azı 6 ay sığorta stajı olsun və xəstələndiyi dövrdə məşğul olduğu fəaliyyət sığorta olunsun. Əgər işçinin stajı, harada işləməsindən asılı olmayaraq, 12 ildən çoxdursa, bu zaman ona orta aylıq əmək haqqının 100%-i miqdarında müavinat verilir.
S.Məmmədovun sözlərinə görə, bu zaman şəxsin müvəqqəti əmək qabiliyyətini itirməyinin ilk 14 gününün pulu işəgötürənin, qalanı isə Azərbaycan Dövlət Sosial Sığorta Fondunn vəsaiti ilə ödənilir. Eləcə də, 8 ildən 12 ilə qədər sığorta stajı olduqda orta aylıq əmək haqqının 80%-i miqdarında, 6 aydan 8 ilə qədər olduqda isə 60% miqdarında müavinat ödənilir: “Amma istisnalar da var. Məsələn, istehsalatda bəxbəxt hadisə və peşə xəstəliyi baş verdikdə, müəyyən imtiyazlara sahib olduqda orta aylıq əmək haqqının 100%-i ödənilə bilər. Həmçinin, vaksin qəbul etdikdən sonra ağırlaşma baş verdiyi halda müavinat 100% ödənilir. hansısa ödəniş edə bilər, amma bu halda o rəsmi işçi sayılmır. Bunlar infeksion xəstəliklərinə yoluxan zaman müvəqqəti əmək qabilliyəni itirməyə də aiddir”.
Onun sözlərinə görə, bəzi insanlar qeyri-formal əmək bazarının iştirakçıdır: “Onlar ya mülki hüquqi müqavilə ilə işləyirlər, ya da onlarla əmək müqaviləsi bağlanmayıb. Belə halda, təbii ki, onlar üçün Dövlət Sosial Müdafiə Fondu heç bir vəsait ödəməyəcək. Çünki onlar sığorta olunmurlar. Bu halda işəgötürən xəstələnən işçiyə cibdən cibə hansısa ödəniş edə bilər, amma bu halda o rəsmi işçi sayılmır”.
Aytac Aslan
















